Bakıda 4-cü sinif şagirdi ölüb

Bakıda 4-cü sinif şagirdi ölüb
# 10 aprel 2017 07:34 (UTC +04:00)

Bakıda orta məktəb şagirdi qəflətən ölüb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S. Əyyubzadə dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, S. Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR