Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub

Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub
# 01 dekabr 2017 00:11 (UTC +04:00)

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan növbəti ballistik raketi vurub.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, raket Hamis-Muşayt şəhəri yaxınlığında vurulub.

Bundan əvvəl noyabrın 4-də Səudiyyə hərbçiləri Yəməndən Ər-Riyad hava limanı istiqamətində atılan ballistik raketi vurub.

Ümumilikdə, Yəməndə 2014-cü ildən davam edən münaqişə dövründə bu ölkədən Səudiyyə Ərəbistanı ərazisinə 78 ballistik raket atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR