İtaliya XİN-in baş katibi Bakıya səfər edəcək

İtaliya XİN-in baş katibi Bakıya səfər edəcək
# 10 aprel 2017 14:25 (UTC +04:00)

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin baş katibi Elizabetta Belloni sabah Bakıya səfər edəcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı bir neçə məsələ müzakirə olunacaq.

Bura siyasi dialoq, ikitərəfli münasibətlərin perspektivləri, energetika və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR