Avstriyada radikal islamçılara qarşı əməliyyat keçirilir, saxlanılanlar var

Avstriyada radikal islamçılara qarşı əməliyyat keçirilir, saxlanılanlar var
# 26 yanvar 2017 12:29 (UTC +04:00)

Avstriya xüsusi xidmət orqanlarının keçirdiyi antiterror əməliyyatı zamanı 10-dan çox adam saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əməliyyat eyni zamanda müxtəlif bölgələrdə keçirilir.

Əməliyyatçılar Vyana və Qrats şəhərlərində onlarla mənzildə axtarış aparıblar. Əməliyyatın detalları barədə ətraflı məlumat verilmir.

Yerli mətbuatın yazdığına görə, radikal islamçılara qarşı keçirilən əməliyyata 800 polis əməkdaşı cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR