UNİCEF-in regional direktoru Azərbaycana səfər edəcək

UNİCEF-in regional direktoru Azərbaycana səfər edəcək
# 17 noyabr 2017 08:53 (UTC +04:00)

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan ilk dəfə Azərbaycana səfər edəcək.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, səfər 20-22 noyabr tarixində baş tutacaq.

A. Xan yüksək vəzifəli dövlət məmurları, ictimaiyyət nümayəndələri və gənclərlə görüşəcək.

Noyabrın 20-də qonaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF tərəfindən birgə təşkil olunacaq IV Milli Uşaq Forumunun açılışında iştirak edəcək.

A. Xan uşaqlara qoyulan investisiyanın dayanıqlı iqtisadi inkişafa dəstək barədə danışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR