Fidel Kastro Venesuela və Boliviya prezidentləri ilə görüşüb - FOTO

Fidel Kastro Venesuela və Boliviya prezidentləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 14 avqust 2015 03:39 (UTC +04:00)

Bakı-APA. Kuba inqilabının lideri Fidel Kastro 89-cu ildönümündə Kubanın Latın Amerikasında ən yaxın müttəfiqləri olan Venesuela və Boliviya prezidentləri ilə görüşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fidel Kastronun Venesuela və Boliviya prezidentləri Nikolas Maduro və Evo Morales ilə görüşü avqustun 13-də, ABŞ dövlət katibi Con Kerrinin ölkəyə səfərindən bir gün əvvəl baş tutub.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri avqustun 15-də ABŞ bayrağının Kubada açılan səfirliyin binası üzərində qaldırılması ilə bağlı təntənəli mərasimdə iştirak edəcək.

Con Kerri 1945-ci ildən bu vaxtadək Kubaya səfər etmiş ilk ABŞ Dövlət Departamentinin rəhbəri olacaq. Məlumata görə, ABŞ nümayəndə heyəti Ağ Ev aparatının əməkdaşları və ABŞ Konqresinin üzvlərindən, ümumilikdə, 20 nəfərdən ibarət olacaq.

Kerrinin Kuba XİN rəhbəri Bruni Rodriqes ilə görüşəcəyi planlaşdırılır. Con Kerrinin Fidel Kastro və Kuba Dövlət Şurasının sədri Raul Kastro ilə görüşlərin keçirilməsi planlaşdırılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR