Braziliyada hoteldə partlayış nəticəsində yaralıların sayı artıb - YENİLƏNİB

Braziliyada hoteldə partlayış nəticəsində yaralıların sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 24 yanvar 2017 00:02 (UTC +04:00)

Braziliyanın Quaruja şəhərində hoteldə baş verən partlayış nəticəsində yaralıların sayı 5 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 2 nəfərin yaralandığı bildirilirdi.

“Correio Braziliense” xəbər portalının məlumatına əsasən, partlayışa qaz sızması səbəb olub. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, partlayış Quaruja kurort şəhərində yerləşən beş ulduzlu “Sofitel Jequitimar” hotelində baş verib.

***

00:39

Braziliyanın Quaruja kurort şəhərində yerləşən hotellərin birində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 2 nəfər xəsarət alıb.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra baş verən yanğın söndürülüb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, okean sahilində yerləşən Quaruja Braziliyanın ən məşhur istirahət mərkəzlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR