EIA: Azərbaycanın enerji resursları Türkiyənin strateji rolunu artırır

EIA: Azərbaycanın enerji resursları Türkiyənin strateji rolunu artırır
# 06 fevral 2017 07:49 (UTC +04:00)

Türkiyənin Avropaya neft və qaz nəql etməsi baxımından rolu artaraq strateji səviyyəyə çatıb. "APA-Economics" xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) Türkiyə üzrə hesabatında deyilir.

Hesabatda qeyd edilib ki, 2015-ci ildə İstanbul və Çanaqqala boğazları vasitəsilə dünya bazarlarına gün ərzində 2 mln. bareldən çox xam neft daşınıb.

Sənəddə vurğulanıb ki, Türkiyənin təsdiq olunmuş neft ehtiyatlarının həcmi 312 mln. bareldir. Ehtiyatların böyük bir qismi Türkiyənin cənub-şərqində yerləşir. Sənədin müəllifləri qeyd edir ki, Türkiyədə gündəlik 62 min barel neft istehlak olunur.

Bundan başqa, 2015-ci ildə Ceyhan limanından gün ərzində dünya bazarlarına 650 min barel Azərbaycan və 400 min barel İraq nefti çıxarılıb.

"Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılması baxımından da Türkiyənin strateji rolu artmaqdadır", - deyə sənəddə qeyd edilib.

2015-ci ildə Türkiyənin 48 mlrd. kubmetr qaz idxal etdiyini xatırladan EIA-nın mütəxəssisləri bildirir ki, bunun 56%-i Rusiya, 16%-i İran, 11%-i Azərbaycanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR