“İran Air” aviaşirkətinə qarşı 37 illik sanksiya götürülüb

“İran Air” aviaşirkətinə qarşı 37 illik sanksiya götürülüb
# 12 yanvar 2017 13:05 (UTC +04:00)

“İran Air” aviaşirkətinə qarşı 37 illik sanksiya götürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İslam İnqilabından sonra “İran Air” aviaşirkəti tərəfindən alınan Fransa istehsalı olan ilk “Airbus” təyyarəsi Tehranın Mehrabad hava limanına enib.

Şirkətin baş direktoru Fərhad Pərvəreş bunu İran-Avropa İttifaqı münasibətlərin inkişafı baxımdan əlamətdar hadisə adlandırıb: “Bu gün İran aviasiya təşkilatı üçün yaddaqalan gün olacaq”.

Yerdə qalan 99 təyyarənin mərhələli şəkildə İrana təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, “İran Air” və “Airbus” şirkətləri arasında 100 təyyarənin alınmasına dair müqavilə ötən ilin dekabr ayında imzalanıb. Müqaviləyə əsasən, “Airbus” İrana A320 tipli 46 təyyarə, A330 tipli 38 təyyarə və A350 XWB tipli 16 təyyarə təhvil verəcək.

”İran Air” aviaşirkəti bəyan edib ki, “Airbus”dan alınan təyyarədən ölkə daxilində istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR