Gəncədə avtomobilin vurub öldürdüyü qadının kimliyi məlum olub - YENİLƏNİB-1

Gəncədə avtomobilin vurub öldürdüyü qadının kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB-1
# 15 yanvar 2018 19:52 (UTC +04:00)

Bu gün Gəncədə baş verən yol qəzasında ölən qadının kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, avtomobillə vurularaq öldürülən qadın 70-75 yaşlarında olan Gülbəsti Cabbarovadır.

Ağır bədən xəsarətləri alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

***

17:59

Gəncədə maşın vuran ahıl qadın ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, minik avtomobilinin vurduğu yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

***

15.25

Gəncədə ahıl qadını maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Minik avtomobilinin vurduğu yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR