Dənizdə batan iki gəncin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Dənizdə batan iki gəncin şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2017 11:24 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən hər iki vətəndaşın şəxsiyyəti müəyyən olunub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur. Axtarış işləri haqqında əlavə məlumat veriləcək.

***

10.19

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kimikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR