Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 10 iyul 2017 10:05 (UTC +04:00)

Tovuz sakinini ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yanıqlı kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov Maarif Aslan oğlu sol əlini ilan sancıb və o, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə M. Əsgərov əkin sahəsində işləyən zaman ilan onu sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR