Zaqatalada evdən pul oğurlayan Bakı sakini saxlanılıb

Zaqatalada evdən pul oğurlayan Bakı sakini saxlanılıb
# 06 yanvar 2020 11:30 (UTC +04:00)

Zaqatalada evdən pul oğurlayan Bakı sakini saxlanılıb.

APA-nın şimal-qərb bürosunun xəbərinə görə, yanvarın 5-də axşam saatlarında Zaqatala rayonu Dardoqqaz kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar Zaqatala RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Bakı şəhər sakini, 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı pullar maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR