Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin birinci müavini təyin olunub

Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin birinci müavini təyin olunub
# 16 yanvar 2017 08:29 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Müşahidə Şurasının toplantısı keçirilib.

ABB-dən "APA-Economics"ə verilən məlumata görə, toplantıda bankın İdarə Heyətinə yeni üzvün qəbulu və onun İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Abbas İbrahimov ABB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini vəzifəsinə təyin edilib.

A. İbrahimovun sonuncu iş yeri "Bank of Baku" ASC olub. O adıçəkilən bankın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR