İndiyədək Quba-Xaçmaz iqtisadi rayonundan olan sahibkarlara 184 mln. manata yaxın güzəştli kredit verilib

İndiyədək Quba-Xaçmaz iqtisadi rayonundan olan sahibkarlara 184 mln. manata yaxın güzəştli kredit verilib
# 13 oktyabr 2016 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə növbəti işgüzar forum bu gün Şabran rayonunda keçirilib. İşgüzar forumda 90-a yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1 843 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 mln. manat güzəştli kredit verilib. Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 277 investisiya layihəsinin maliyyələşdirilməsinə 183,7 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 46 sahibkara 633 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, bağçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR