Bank Of Baku

Avropa Kuboku: Azərbaycan şahmatçıları Avstriya və İtaliya klublarına qalib gəliblər

Avropa Kuboku: Azərbaycan şahmatçıları Avstriya və İtaliya klublarına qalib gəliblər
# 21 oktyabr 2015 21:27 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarışın IV günündə Azərbaycan klubları növbəti görüşlərini keçiriblər.

 

İlk üç görüşdən qələbə ayrılan SOCAR “Obiettivo Risarcimento Padova” (İtaliya) ilə qarşılaşıb. Təmsilçimiz qalib gəlib. Komandamızın heyətində Veselin Topalov və Şəhriyar Məmmədyarov qələbə qazanıb. Digər komanda üzvləri isə heç-heçəyə razılaşıblar.

 

İki qələbə qazanıb, yalnız 3-cü turda məğlub olan “Odlar Yurdu” isə “MPA-Maria Saal” (Avstriya”) klubundan üstün olub. Vasif Durarbəyli, Nicat Abbasov, Nicat Məmmədov və Zaur Məmmədovun qalib gəldiyi oyunda Ülvi Bacarani bərabərliyə razılaşıb. Emil Sutovski isə yeganə məğlub olan şahmatçımız olub.

 

Şahmat üzrə Klublar arasında Avropa Kuboku

IV tur

 

SOCAR - “Obiettivo Risarcimento Padova” (İtaliya) – 4:2

 

“MPA-Maria Saal” (Avstriya”) – “Odlar Yurdu” – 1,5:4,5

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR