Bank Of Baku

Dünya kuboku-2015: Azərbaycan şahmatçısı ¼ finala vəsiqə qazanıb

Dünya kuboku-2015: Azərbaycan şahmatçısı ¼ finala vəsiqə qazanıb
# 21 sentyabr 2015 21:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin cavab oyununu keçirib.

 

Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə təmsilçimiz ABŞ qrossmeysteri Fabiano Karuana ilə ikinci görüşünə çıxıb.

 

İlk matçda rəqibinə qalib gələn həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov məhz bu nəticəyə imza ataraq, adını 1/4 finala yazdırıb.

 

 

Dünya Kuboku

1/8 final mərhələsi, ikinci oyun

 

Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 0:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR