Bank Of Baku

Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi olub - FOTO

Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi olub - <span style="color: red;">FOTO
# 25 avqust 2015 20:25 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 50 ölkədən  850 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi  Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov  təmsil edirdilər.

 

Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi.

 

Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı  Markus Ragger arasında  6 oyundan  ibarət  matç keçirilib.  Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu.

 

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən  Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.

 

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR