Balakən və Gəncədə intihar olub - YENİLƏNİB

Balakən və Gəncədə intihar olub - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2017 21:52 (UTC +04:00)

Gəncədə intihar hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1990-cı il təvəllüdlü Əkbərov Nizami Elçin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***

saat 22.40

Balakəndə kişi intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 4-ü axşam saatlarında rayon Qaysa kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Rəfayıl Əli oğlu Nuriyevin meyiti yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Araşdırma zamanı iki övlad atası olan Rəfail Nuriyevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, Rəfayıl Nuriyev son illər əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR