Xətai rayonunda çoxmərtəbəli binada baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib

Xətai rayonunda çoxmərtəbəli binada baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib
# 23 avqust 2016 10:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş Oqtay Vəliyev ifadəsində ona dəymiş ziyanın yenidən hesablanması üçün təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb, mülki iddia ilə çıxış edib. Məhkəmə ekspertiza ilə bağlı vəsatəti təmin etməyib, amma mülki iddia qəbul olunub.

Proses avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada ölüb. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR