"Baker Tilly" Azərbaycan İnvestisiya Şirkətinə konsaltinq xidməti göstərəcək

"Baker Tilly" Azərbaycan İnvestisiya Şirkətinə konsaltinq xidməti göstərəcək
# 19 oktyabr 2015 10:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) pay dəyərinin hesablanması üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı tenderin nəticələrini elan edib.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilib.

Məlumata əsasən, AİŞ-in tenderdə "Baker Tilly Azərbaycan" MMC qalib gəlib. Tenderin şərtlərinə əsasən, məsləhətçi şirkətə göstərdiyi xidmətlərə görə, 9 440 manat vəsait ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR