Milli Məclisin 2016-cı il üçün xərclər smetasında dəyişikliklər qəbul edilib

Milli Məclisin 2016-cı il üçün xərclər smetasında dəyişikliklər qəbul edilib
# 04 mart 2016 13:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərarı müzakirə edilib.

APA-Economics”in məlumatına görə, Milli Məclisin işlər idarəsinin müdiri Firuddin Hacıyev parlamentin xərclər smetası barədə məlumat verib.


Onun sözlərinə görə, bəzi maddələr üzrə 551 min manat vəsaitə qənaət edilib.

Spiker Oqtay Əsədov qeyd edib ki, bu Milli Məclis rəhbərliyi ilə razılaşdırılıb: "Xərclər smetası qənaətli olmalıdır. Lazım olan yerlərdə qənaət edilməlidir".

Sənəd səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR