Misirdə parlament seçkilərində iştirak edən namizəd qətlə yetirilib

Misirdə parlament seçkilərində iştirak edən namizəd qətlə yetirilib
# 25 oktyabr 2015 04:58 (UTC +04:00)

Bakı-APA. Misirdə parlament seçkilərində “Əl Nur” dini konservativ partiyasından olan namizəd Şimali Sinay əyalətində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, deputatlığa namizəd Mustafa Əbdül Rəhman evinin qarşısında güllələnib.

Hələlik heç bir qruplaşma qətlə görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR