Ağdamda evdən oğurluq edən şəxslər tutulub

Ağdamda evdən oğurluq edən şəxslər tutulub
# 07 sentyabr 2016 14:54 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunda oğurluq hadisəsinin üstü açılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Ayaq Qərvənd qəsəbə sakini Dilbir Əliyeva polisə şikayət ərizəsi ilə müraciət edərək təxminin bir ay əvvəl evinə daxil olan şəxslərin oradan 900 manat oğurladıqlarını bildirib.

Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı aparılan araşdırma nəticəsində hazırda Ayaq Qərvənd qəsəbəsində yaşayan Seyidli kənd sakini, 1982-ci il təvəllüdlü Hüseynov Bəxtiyar Rəhman oğlu və Dilbər Əliyevanın qonşusu - Yeni Qaralar kənd sakini, 1996 Əhmədzadə Əhməd Habil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onlar ifadələrində oğurluq əməlini törətdiklərini etiraf ediblər.

Hazırda hər iki şəxsin digər oğurluq hadisələrində iştiraklarının olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR