Rabitə və yüksək texnologiyalar naziri MSK-da olub

Rabitə və yüksək texnologiyalar naziri MSK-da olub
# 22 sentyabr 2016 10:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mərkəzi Seçki Komissiyasında (MSK) olub.


APA-nın məlumatına görə, nazir qurumun veb-kameralara texniki nəzarət Mərkəzi ilə tanış olaraq, yaradılmış şəraitdən məmnunluğunu ifadə edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. O qeyd edib ki, artıq Azərbaycanda referendumun keçirilməsinə saylı günlər qalıb və bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir: “Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsi sahəsində problem olmasın. İstənilən şəxs veb-kameralarla bütün prosesləri dünyanın hər nöqtəsindən MSK-nın saytı vasitəsilə izləmək imkanı əldə edəcək. İnanıram ki, biz işimizi beynəlxalq standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR