DİN səyyar xidməti fəaliyyətini davam etdirir

DİN səyyar xidməti fəaliyyətini davam etdirir
# 18 mart 2016 07:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan tədbirlərin davamı olaraq respublikanın Ağcabədi və Tovuz, həmçinin, paytaxtın Qaradağ, Xəzər, Abşeron və Suraxanı rayonlarında səyyar xidmət keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səyyar xidmətlər zamanı Ağcabədi rayonunda 1121, Tovuz rayonunda 360, Qaradağ rayonunda 481, Xəzər rayonunda 697, Abşeron rayonunda 480, Suraxanı rayonunda 206, ümumilkdə, 3400-ə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR