Bütün şəhər və rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq

Bütün şəhər və rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq
# 14 yanvar 2016 15:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçməyib: “Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək”.

Məlumatda bildirilib ki, əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır: “Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq”.

Qeyd edək ki, müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsinin 2016-cı il ərzində keçirilməsi nəzərdə tutulur: “Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR