Azərbaycan - Çexiya oyununun hakimləri açıqlanıb

Azərbaycan - Çexiya oyununun hakimləri açıqlanıb
# 04 fevral 2016 14:01 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatında Çexiya ilə sabah keçirəcəyi matçın hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmada ədalət təmsilçiləri Sloveniya və Avstriyadan olan referilər olacaq.

Millimizin yer aldığı D qrupunda keçirəcəyi son oyunun baş hakimi Admir Zahoviç (Sloveniya) olacaq. Ona avstriyalı həmkarı Cerald Bernfeynd kömək edəcək. “Belqrad Arena”da baş tutacaq Azərbaycan – Çexiya matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR