İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək
# 17 mart 2016 14:36 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü Türkiyəyə səfər edəcək.

APA-nın İran bürosunun məlumatına görə, səfərdə məqsəd ikitərəfli əlaqələrin inkişafı və iki ölkəni maraqlandıran digər məsələlər haqqında müzakirə aparmaqdır.

Bir günlük səfər zamanı M. C. Zərif xarici işlər naziri Mövlud Çavuşoğlu və baş nazir Əhməd Davudoğlu ilə görüşlər keçirəcək.

Qeyd edək ki, M. C. Zərifin bu səfəri əslində 7 ay öncə həyata keçirilməli idi, lakin müəyyən məsələlərə görə təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR