Ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək

Ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək
# 26 fevral 2016 10:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR