ADİF “Atrabank”ın əmanətçilərinə və banka borcu olanlara müraciət edib

 ADİF “Atrabank”ın əmanətçilərinə və banka borcu olanlara müraciət edib
# 01 sentyabr 2016 13:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Atrabank” ASC-nin filial əmanətçilərinin və borc öhdəliyi olan fiziki və hüquqi şəxslərinə müraciət edib.

Fonddan “APA_Economics”ə verilən məlumata görə, müraciətdə bildirlir ki, 5 sentyabr 2016-cı il tarixdən etibarən ləğv prosesində olan “Atrabank”ın filial əmanətçiləri və borc öhdəliyi olan fiziki və hüquqi şəxsləri ləğv prosesində olan bankın Bakı şəhəri, Rəşid Behbudov 77 ünvanında yerləşən baş ofisinə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR