Azərbaycan səfiri Efiopiyanın dövlət naziri ilə görüşüb

Azərbaycan səfiri Efiopiyanın dövlət naziri ilə görüşüb
# 20 aprel 2016 16:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət naziri Taye Astke-selassie ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı E. Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə T. Astke-selassieni təbrik edərək, yeni fəaliyyətində uğurlar arzulayıb.

Səfir Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Efiopiyanın dövlət naziri isə ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələrində əməkdaşlıq müzakirə edilib və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulayıb. Eyni zamanda iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR