Yığmamızın oyunu Avstriya və Ukraynadan olan hakimlərə tapşırıldı

Yığmamızın oyunu Avstriya və Ukraynadan olan hakimlərə tapşırıldı
# 05 aprel 2016 10:36 (UTC +04:00)

Yığmamızın oyunu Avstriya və Ukraynadan olan hakimlərə tapşırıldı

Bakı – APA. Futzal üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparan Azərbaycan millisinin Hollandiya ilə Bakıdakı matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyununu Avstriya və Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Aprelin 12-də keçiriləcək matçın əsas hakimi Gerald Bauernfeynd olacaq. Avstriyalıya ukraynalı həmkarı Oleq İvanov kömək edəcək.

Görüş Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan – Hollandiya matçı 19:00-da başlayacaq.

Qeyd edək ki, Kolumbiyada keçiriləcək dünya çempionatının pley-off mərhələsinin səfərdəki ilk oyununda yığmamız 5:1 hesablı qələbə qazanmışdı.

Futzal üzrə DÇ-2016-nın pley-off mərhələsi

Cavab oyunu

12 aprel

19:00. Azərbaycan – Hollandiya

Hakimlər: Gerald Bauernfeynd (Avstriya), Oleq İvanov (Ukrayna)

Bakı İdman Sarayı

İlk oyun – 5:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR