Bakıda fərdi ev yanıb

Bakıda fərdi ev yanıb
# 05 avqust 2016 20:45 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 1 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR