“Fitch Ratings” “Expressbank”ın reytinqini təsdiqləyib

“Fitch Ratings” “Expressbank”ın reytinqini təsdiqləyib
# 18 avqust 2016 08:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından biri olan "Expressbank" ASC-nin kredit reytinqini "B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.

“Fitch Ratings” agentliyin bu proqnozu, “Expressbank”ın aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir. Qeyd edək ki, son 2 il ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq “Fitch Ratings” agentliyi tərəfindən “Expressbank”ın reytinqi dəyişilməz olaraq qalıb. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR