Sumqayıt sakini Xaçmazda dəm qazından boğularaq ölüb

Sumqayıt sakini Xaçmazda dəm qazından boğularaq ölüb
# 27 mart 2016 11:39 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda də qazıdan ölüm faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Əzizova Sevinc Kamil qızı dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertiza üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına götürülüb.

Ekspertizadan sonra S. Əzizovanın meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı araşdIrmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR