Atasını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Atasını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 07 aprel 2016 09:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhddə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə onun barəsində olan Cinayət Məcəlləsinin 29.120 ( öldürməyə cəhd) maddəsi 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. O, 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, Samid Məmmədov münaqişə zəminində atası Ağarəhim Rəhimovu bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR