Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlər keçirir

Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlər keçirir
# 14 sentyabr 2016 15:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar sentyabrın 12 və 13-də gücləndirilmiş iş rejimində çalışıb.

Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, qurum sentyabrın 14-də Qurban bayramı və bayramdan sonra heyvan satışı və kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə reydlərini davam etdirib. Reydlər Yasamal, Xətai, Nərimanov rayonlarında aparılıb. Reydlər zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsimləri aparıldığı və baytarlıq-sanitariya qaydalarının pozulması qeydə alınıb. Pozuntular aradan qaldırılıb, ərazilər təmizləndikdən sonra Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.

Növbəti günlərdə də reydlər davam etdiriləcək, qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR