Bakıda 30 şam ağacı, Sumqayıtda isə 20 ədəd müxtəlif növ meyvə ağacları yanıb

Bakıda 30 şam ağacı, Sumqayıtda isə  20 ədəd müxtəlif növ meyvə ağacları yanıb
# 07 avqust 2016 00:17 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda neft şirkətinə məxsus ərazidə 1 ha sahədə quru ot, qamışlıq və 30 ədəd şam ağacı yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdan keçən neft boruları və yüksək gərginlikli elektrik xətti yanğından mühafizə olunub.

Bundan başqa, Sumqayıt şəhərində vətəndaşa məxsus bağ ərazisində quru ot 800 m² sahədə, 20 ədəd müxtəlif növ meyvə ağacları, yaxınlıqda ümumi sahəsi 22 m² olan köməkçi tikilinin döşəməsi 1 m² sahədə və 1 ədəd yataq dəsti yanıb. Digər ağaclar yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR