Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb
# 01 fevral 2016 10:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edir.

Tranzit çaylara gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 124 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 46 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Fevralın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 1, Şirvanda 10, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 480 sm (2015-ci il fevralın 01-də 343 sm), Şirvanda 365 sm (2015-ci il fevralın 01-də 197 sm), Salyanda 325 sm (2015-ci il fevralın 01-də 187 sm), Bankədə 240 sm (2015-ci il fevralın 01-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 213 sm (2015-ci il fevralın 01-də 101sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR