XİN-də Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb

XİN-də Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb
# 17 fevral 2016 14:56 (UTC +04:00)

Bakı – APA. Prezidentin 2016-cı il 3 fevral tarixli fərmanından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyində Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi bildirilib. Qeyd edilib ki, Şuranın yaradılmasında əsas məqsəd ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması mexanizminin təkmilləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR