“Unibank”ın korporativ müştərilərinin sayı artıb

“Unibank”ın korporativ müştərilərinin sayı artıb
# 12 fevral 2016 12:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq “Unibank”a müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. Bunun nəticəsidir ki, təkcə son 2 ayda bankın iri korporativ müştərilərinin sayı 260 nəfər artıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu ilin əvvəlinə olan məlumata görə isə

2015-ci il ərzində “Unibank”a qoyulan hüquqi şəxslərin tələbli depozitləri 39% çoxalıb.

Pərakəndə və korporativ müştərilərə xidmət göstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirən “Unibank”, korporativ biznes seqmentində lider və novator bank olmaqda davam edir. “Unibank”da ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, “Unibank” gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq. Bu strategiya çərçivəsində bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün ixtisaslaşdırılmış filialları açılıb. Əsas məqsədlərdən biri də beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman “Unibank”ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR