Qobustanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Qobustanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 09 aprel 2016 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində rayon sakini Elnur Qədimovun idarə etdiyi “VAZ-21214” və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi “Ford” markalı (mikroavtobus) avtomobillər toqquşub. Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR