Beyləqanda avtomobil kanala düşüb, 1 nəfər ölüb

  Beyləqanda avtomobil kanala düşüb, 1 nəfər ölüb
# 21 noyabr 2015 09:00 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Füzulu rayon sakini, 1978-ci il təvəllüdlü İbişov Dünyagir Məcnun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Beyləqan-Daşburun yolunda su kanalına düşüb.

Nəticədə D. İbişov boğularaq ölüb. Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Bayramov Mərhəmət Səmərqənd oğlu və 1992-ci il təvəllüdlü Vəliyeva Sərcan Tofiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR