Quba-Xınalıq yolunda qəzalı vəziyyətə düşən körpülərdən biri bərpa olunub

Quba-Xınalıq yolunda qəzalı vəziyyətə düşən körpülərdən biri bərpa olunub
# 10 sentyabr 2016 13:50 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranmış selin Quba-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 29-cu km-də Qudyalçay üzərində yerləşən qəzalı körpü bərpa olunub.

Yolun 36-cı km-də qəzalı vəziyyətdə olan körpünün təmir işləri isə davam etdirilir. Təmir işlərinə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.

İkinci körpünün təmiri yekunlaşdıqdan sonra Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində tamamilə yuyularaq yararsız vəziyyətə düşən yolun bərpasına başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR