Siyəzəndə piyadanı maşın vurub

Siyəzəndə piyadanı maşın vurub
# 11 aprel 2016 07:30 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Gecə saatlarında Siyəzən rayonunun Yenikənd kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 1983-cü il təvəllüdlü Ağayev Azər Ağabala oğlu “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR