Xüsusi avtonəqliyyat almaq istəyən əlillərin təkrar müayinədən keçirilməsi proseduru dəyişib

Xüsusi avtonəqliyyat almaq istəyən əlillərin təkrar müayinədən keçirilməsi proseduru dəyişib
# 27 fevral 2016 00:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.


APA-nın məlumatına görə, Təlimat a əsasən Tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən növbə qaydasında həyata keçirilir.

İndiyə qədər qüvvədə olan Təlimata görə əlil ilkin tibbi-sosial ekspert komissiyasının ( TSEK) qərarı ilə razılaşmadıqda bir ay ərzində şikayət vermək və Ali TSEK-dan keçmək hüququna malik idi. Bu halda Əhalinin Sosial Müdafiəsi Mərkəzi əlilin tibbi-ekspert sənədlərini 3 gün ərzində Ali TSEK göndərməli idi. Dəyişikliyə əsasən isə bundan sonra TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların təkrar müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR