"BakuBus" 5 saylı marşrut xəttinin hərəkət istiqamətini dəyişib

"BakuBus" 5 saylı marşrut xəttinin hərəkət istiqamətini dəyişib
# 05 fevral 2016 08:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək. Bu səbəblə 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub”.

APA-Economics” xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

“5 saylı marşrut avtobuslarımız 20-ci sahədən Azneft meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən Sahil metro stansiyasının önünə qədər hərəkət edəcəklər”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR