Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
# 18 mart 2016 13:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan-qeydiyyat və texniki baxış şöbələri bayram günlərin adi iş rejimində çalışacaq.

Bu barədə APA-ya BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

O qeyd edib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR