SOCAR ötən il ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

SOCAR ötən il ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
# 05 yanvar 2016 16:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 315 ton dizel yanacağı ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə. Bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 14,02% azdır.

Ötən ilin dekabr ayında 8 052 ton təyyarə yanacağı ixrac edib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 2,56 dəfə azdır.

Həmçinin, ötən ilin dekabr ayında SOCAR 8 598 ton yüksək təzyiqli polietilen, 1 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 339 ton maye piroliz qətranı, 1 981 ton propilen və 2 400 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 788 ton dizel yanacağı, 236 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 598 yon yüksək təzyiqli polietilen, 1 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 339 ton maye piroliz qətranı, 1 981 ton propilen və 2 400 ton butilen butadien fraksiyası ixrac edilib.

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 437,45 dollar, təyyarə yanacağının - 362,95 dollar, dizel yanacağının - 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti 164,85 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR